Avro-2024: İlk finalçı bəlli oldu

00:56 - 10 İyul 2024

Avro-2024-də yarımfinal mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün İspaniya və Fransa milli komandaları üz-üzə gəlib. Matç Luis de da Fuentenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İspanlar həlledici görüşdə Niderland - İngiltərə matçının qalibi ilə qarşılaşacaq.

İspaniya - Fransa 2:1Q

Qollar: Lamin Yamal, 14, Dani Olmo, 25 - Kolo Muani, 9

Xəbər xətti