"Səbail" Türkiyə klubu ilə qarşılaşacaq

10:49 - 11 İyul 2024

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv baş məşqçisi olduğu kollektiv "Ərzurumspor"la qarşılaşacaq. 

Matç Bakı vaxtı ilə 17:00-da başlayacaq. 

"Səbail" ikinci görüşünü iyulun 13-də "Hatayspor"a qarşı keçirəcək.

"Dənizçilər"in Türkiyə toplanışındakı üçüncü rəqibi hələ ki, bəlli deyil.

Xəbər xətti