"Spartak" "River Pleyt"in futbolçusu Ezekiel Barkonun keçidini həll edib.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa nəhənglərinin də maraqlandığı argentinalı seçimini "Spartak"dan yana edib.
Belə ki, o, ilk legioner həyatını Rusiyada yaşamağa üstünlük verib.
"Spartak" ona görə "River Pleyt"ə 13 milyon avro ödəyəcək. Barkonun Moskva klubundakı maaşı isə illik 2,5 milyon avro olacaq.
25 yaşlı yarımmüdafiəçi "İndependyente", "Atlanta Yunayted"də oynadıqdan sonra 2022-ci ildə "River Pleyt"ə keçib. Onun xidmətində "Yuventus" və "Beşiktaş" klubları da maraqlıdır.
saytlarin hazirlanmasi