"Səbail" Super Liqa klubu ilə qarşılaşır

13:58 - 13 İyul 2024

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv bu gün yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 17:00) Türkiyə Super Liqa təmsilçisi “Hatayspor”la qarşılaşacaq. 

Qeyd edək ki, "Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub. 

Xəbər xətti