2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.
Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Türkiyə 1-ci Liqası təmsilçisi “Erzurumspor”la qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
“Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Qeyd edək ki, “Səbail” sabah axşam saatlarında vətənə yola düşəcək.
saytlarin hazirlanmasi