"Qurban Qurbanov "Qarabağ"ın qapısının mənə hər zaman açıq olduğunu bildirdi" - MÜSAHİBƏ

15:55 - 27 İyul 2024

"Səbail"in mövsümlərarası fasilədə "Qarabağ"dan heyətinə qatdığı Nihad Quliyev Sportal.az saytına müsahibə verib:

- "Qarabağ"dan "Səbail"ə keçəsi oldun. Maraqlıdır ki, adın daha çox "Araz-Naxçıvan" və "Kəpəz"lə hallanıdı. "Səbail"dən savayı, başqa klublardan təklif almışdın?

- Başqa komandalardan gələn təkliflər haqda məlumatım yoxdur.

- Niyə məhz "Səbail"dən yana seçim etdin? Şahin Diniyevlə keçid haqda danışdınız? Komandada əsas heyət üzvü olmağın realdır?

- "Səbail"in inkişafım üçün daha uyğun olacağını düşündüm. Şahin müəllimburada özümü doğma hiss etməyimi, yaxşı məşq edib mübarizə aparmağımı tapşırdı. Əsas heyətə düşmək üçün çox çalışmaq, yaxşı məşq etmək lazımdır.

-  Türkiyədə təlim-məşq toplanışında oldunuz. Toplanış sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi keçdi?

- Toplanışın komanda üçün yaxşı keçdiyinə inanıram. Hamı öz üzərində çox çalışır. Çünki, bu il hamımızın məqsədi birdir. 

- Necə düşünürsən, daha çox hansı hazırlıq matçında daha yaxşı oynadınız?

- Hər oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım.

- Səbail"in yeni mövsümdə əsas hədəfi nə olacaq?

- Bizim hədəfimiz yaxşı oyun oynamaq və verilən tapşırıqları maksimum yerinə yetirməkdir. Təbii ki, avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- "Qarabağ"dan ayrılarkən, yəqin ki, Qurban Qurbanovla söhbətin oldu. Maraqlıdır, Qurbanov sənə hansısa məsləhəti verdi və ayrılmaq istədiyini deyəndə, necə reaksiya verdi?

- Xoş qarşıladı. Hətta məmə bərk olmağımı, mübarizə aparmalı olduğumu söylədi. O, "Qarabağ"ın qapısının hər zaman mənə açıq olduğunu bildirdi.

- "Qarabağ"ın heyətində idin, amma oynamırdın. Maraqlıdır, gələcəkdə daha hazır futbolçu, əsas heyət üzvü kimi "Qarabağ"a transfer olunacağına inanırsan?

- "Qarabağ"da böyük rəqabət var. Ötən mövsüm bu rəqabətdə geri qalırdım. Gələcəkdə rəqabətə girə biləcəyim haqda nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək.

- "Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda "Linkoln"a qalib gəldi. Necə düşünürsən, sabiq komandan bu mövsüm qruplara qala biləcək?

- Təbii ki, oyunu izlədim. "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Komandanın ötən ildən daha yaxşı yerlərə gedəcəyinə inanıram. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağını düşünürəm.

Mirbağırağa

Xəbər xətti