"Mançester Siti"nin hücumçusu Julian Alvares karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Atletiko" argentinalı futbolçunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 24 yaşlı forvard üçün İngiltərə klubuna bonuslarla birlikdə 95 milyon avro təzminat ödəyəcək. Futbolçu "Atletiko" ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Mançester Siti" Julian Alvaresi 2022-ci ilin yanvar ayında "River Plehyt"dən transfer edib. Argentina millisinin üzvü Premye rLiqa təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 36 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi