Şahin Diniyev: "Oyunun ədalətli nəticəsi heç-heçə idi"

22:58 - 17 Avqust 2024

"Səbail" Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə oyundan sonra danışmaq çətindir. Matçın ədalətli nəticəsi heç-heçə idi. Düşünürəm ki, 1 xala layiq idik. Birinci hissədə çox qol fürsətlərindən istifadə edə bilmədik. Bəzi futbolçular təlim-məşq toplanışı keçməyiblər. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. Lüzumsuz, bəsit 2 qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yolumuza davam edəcəyik. Səhvləri minimuma endirmək üçün çalışacağıq. Komanda düzgün yoldadır.

- "Səbail" sanki 1 xala razı idi...

Birinci hissəyə baxanda qalib gələ bilərdik. "Sumqayıt"ın haqqına girmək istəmirəm. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

Elçin Əlixan

Xəbər xətti