"Qəbələ" sonuncu yoxlama oyununu keçirəcək

00:00 - 30 Noyabr -0001

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” sabah “Cəbrayıl”la üz-üzə gələcək.

Qarşılaşma Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Matç saat 17:45-də başlayacaq.

Bu, Kaxaber Tsxadadzenin yetirmələrinin mövsümlərarası fasilədə 5-ci görüşü olacaq. Bunadək Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

Xəbər xətti