"Mançester Siti"dən "Benfika"ya

12:18 - 4 Sentyabr 2024

“Mançester Siti”nin müdafiəçisi İssa Kabore "Benfika"ya icarəyə verilib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Burkina-Faso millisinin 23 yaşlı oyunçusunun icarə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Kabore “Mançester Siti”yə məxsus olsa da, ötən mövsümü icarə əsasında “Luton”da keçirib.

O, İngiltərə Premyer Liqasında 26 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.

Xəbər xətti