Şimal derbisində "Şahdağ Qusar" qalib gəldi - VİDEO

19:26 - 17 Sentyabr 2024

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" öz meydanında "Şimal"ı qəbul edib. Şimal derbisi ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra maksimum nəticə göstərən "Şahdağ Qusar" çempionatın lideridir. 6 xalı olan "Şimal" isə 3-cü yerdədir.

"Şahdağ Qusar" - "Şimal" 2:1
Qollar: 
Tural Qurbatov, 38, Ədilxan Qarəhmədov, 80 (pen) - Pirverdi Seyidov, 20

Xəbər xətti