"Bavariya"nın hücumçusundan məhsuldar göstərici

12:49 - 18 Sentyabr 2024

İngiltərə millisinin hücumçusu Harri Keyn Almaniya Bundesliqasında(40), Çempionlar Liqasında (12) və Almaniya Kuboku(1) da daxil olmaqla növbəti qolunu vurub.

Sportal.az xəbər verir ki, 31 yaşlı forvard bu görüşlərdə 15 məhsuldar ötürmə də edib. O, bunları 50 matçda etməyi bacarıb.

İngilis hücumçu 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Keynin klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.

Qeyd edək ki, təcrübəli hücumçu Çempionlar Liqasının “Dinamo”(9:2) ilə matçda 4 qol vurub.

Xəbər xətti