"Beşiktaş"da oyun günü ciddi itki

16:20 - 30 Sentyabr 2024

"Beşiktaş" Türkiyə Super Liqasının 7-ci turunda səfərdə "Kayserispor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində ciddi itki baş verib. Sağ cinah müdafiəçisi Yonas Svensson xəstəlik səbəbindən oyunun heyətində kənarlaşdırılıb.

Eyni mövqedə çıxış edən Onur Bulut isə zədəlidir. Baş məşqçi Covanni van Bronkhostun müdafiənin sağında Milot Raşıtsaya şans verəcəyi gözlənilir.

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti