"Barselona" futbolçusuna 500 milyon avro qiymət qoydu

20:05 - 30 Sentyabr 2024

İspaniyanın "Barsekona" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Klub istəsə, müqavilənin müddətini daha 3 il artıra bilər. La Liqa nəhəngi ispan sərbəstqalma məbləğini 500 milyon avro təyin edib.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-17 millisinin üzvü olan gənc oyunçu bu mövsüm əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti