"Qarabağ"la oyunun biletləri satışa çıxarıldı

11:51 - 1 Oktyabr 2024

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Qarabağ" qarşılaşmasının biletləri artıq satışdadır.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 12:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

iTicket.az saytından “Birbank Cashback” Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.

Qeyd edək ki, 6 oktyabrda keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçı 20:00-da start götürəcək.

Xəbər xətti