Konfrans Liqasında yeni mövsüm başladı

20:51 - 2 Oktyabr 2024

UEFA Konfrtans Liqasında 2024/2025 mövsümünün Liqa fazasına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Başakşehir" doğma meydanda Vyana "Rapid"inə məğlub olub. Portuqaliyada isə yerli "Vitoria Gimaraeş" doğma meydanda Sloveniyanın "Çelye" klubuna qalib gəlib.

Qeyd edək ki, turnirin ilk turunun digər görüşləri sabah keçiriləcək.

UEFA Konfrans Liqası

"Başakşəhər" (Türkiyə) - "Rapid" (Avstriya) 1:2

"Vitoriya" (Portuqaliya) - "Sele" (Sloveniya) 3:1

Xəbər xətti