Neymar "Barselona"ya qayıda bilər

17:32 - 3 Oktyabr 2024

"Əl-Hilal"ın futbolçusu Neymar yenidən "Barselona"da çıxış edə bilər.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan braziliyalı vingeri azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" rəhbərliyi artıq yanvar ayında 32 yaşlı ön xətt oyunçusu ilə müqavilə imzalamağa çalışacaq. Belə ki, klubu ilə 6 aylıq müqaviləsi qalan futbolçuların başqa klublarla anlaşmaq hüququ var.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"nın şərəfini qoruyub. Braziliya millisinin üzvü ötən ilin yayında "Əl-Hilal"a keçib.

Xəbər xətti