Toral Bayramov 100-ə çatdı

09:20 - 7 Oktyabr 2024

Misli Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki o, Premyer Liqada 100-cü oyununu keçirib.

23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.

Xəbər xətti