"Səbail"in kapitanı Yusif Nəbiyev Sportal.az saytına açıqlama verib. O, komandasının "Sumqayıt"la görüşdəki məğlubiyyətini şərh edib:
"Məncə də oyun nəticəyə görə olmadı. "Sumqayıt"la matça yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Ancaq alınmadı. "Sumqayıt"ı qələbə münasibətilə təbrik edirəm. Komandama penalti qazandırdım, bəli. Onu yerinə yetirmək? Meydanda olsam, o məsuliyyəti öz üzərimə götürərdim. Sadəcə həkim müdaxilə edirdi mənə, meydançadan kənarda idim. Ancaq yenə də problem yoxdur, hər futbolçunun başına gələ bilər penaltini vura bilməmək. Əlbəttə ki, turnir cədvəlində olduğumuz yer təhlükəli zonadır. Bir an öncə vəziyyətdən çıxmalıyıq. Səbəbə gələndə, bilmirəm. Nə qədər istəkli olsaq da, alınmır. Gələcək matçlara hazırlaşacağıq".
O, Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə görüşü haqda da fikirlərini bildirib: " Qarşıdakı turda "Kəpəz"lə qarşılaşacağıq. Bəli, final oyunu kimi çıxacağıq bu matça. Çalışıb qələbə qazanmalıyıq. Başqa əlacımız yoxdur. Premyer Liqanı tərk etmək təhlükəsi, sonuncu olmaq təhlükəsini nə dərəcədə hiss edirik, bu bizə böyük təzyiq edirmi? Hazırda təzyiq etmir. Qarşıda oyunlarımız çoxdur. Ancaq yenə də insan fikirləşir, pisi beynindən keçirir. Bu vəziyyətdən çıxacağımıza inanıram".
Mirbağırağa
saytlarin hazirlanmasi