“Bavariya”nın hücumçusu Tomas Müller mövsüm başa çatdıqdan sonra Almaniyanı tərk edə bilər.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, təcrübəli forvard Lionel Messinin formasını geyindiyi "İnter Mayami"yə keçməyə hazırlaşır.
Müllerin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Messinin özü də almaniyalını razı salmağa çalışacaq.
35 yaşlı forvard 2008-ci ildən “Bavariya”da oynayır.
saytlarin hazirlanmasi