"Sportinq" "Mançester Yunayted"ə gedən Ruben Amorimin yerinə yeni baş məşqçi təyin edib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisini Joao Pereyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pereyra 2021-ci ildən məşqçi kimi "Sportinq"in akademiyasında çalışır. O, son olaraq Portuqaliya klubunun B komandasına rəhbərlik edib.
saytlarin hazirlanmasi