Millimizin sabiq forvardı: "Çox pis hissdir"

09:49 - 3 Dekabr 2024

Almaniyanın "Dinamo" (Berlin) klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 17-ci turunun "Çvikkau" klubuna uduzduqları (0:1) matçı şərh edib.

Sportal.az xəbər verir ki, “Berliner Kurier”ə açıqlama verən millimizin sabiq forvardı komandasının məğlubiyyəti haqda bunları deyib:

“Dörd saatlıq yol qət edirsən və matça qalib gəlmək arzusu ilə gedirsən. Amma sonda evə əliboş qayıdırsan. Bu isə çox pis hissdir”.

Hazırda "Dinamo" 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti