"Barselona" Almaniya millisinin üzvü ilə danışıqlara başladı

18:31 - 23 Dekabr 2024

"Bavariya"nın futbolçusu Leroy Sane karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" Münhen təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyən almaniyalı vingeri heyətinə qatmağı planlaşdırır. Bu barədə "Sport" nəşri məlumat yayıb.

Maddi problemlər yaşayan Kataloniya klubu yayda azad agent statusunda olan 28 yaşlı futbolçunu pul ödəmədan komandaya cəlb etmək istəyir. "Barselona" rəhbərliyi artıq Sane ilə ilkin danışıqlara başlayıb.

Təcrübəli ön xətt oyunçusu ilə İngiltərənin "Çelsi", "Tottenhem" və "Mançester Siti" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti