Mahir Emreli "Nürnberq"də hamını qabaqladı

13:23 - 4 Yanvar 2025

Almaniya mətbuatı “Nürnberq” futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.

Sportal.az “Bild.de” nəşrinə istinadən xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.

Belə ki, azərbaycanlı hücumçunun matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb. Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir. Emreli ötən ilin avqustunda ikinci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.

Xəbər xətti