Türkiyənin "Beşiktaş" klubu baş məşqçi postuna axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini çalışdırmağa əsas namizəd Sergen Yalçın idi. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş"ın prezidenti Serdal Adalı bu gün 52 yaşlı mütəxəssislə görüşüb. Sergen Yalçın "qara qartallar"ın təklifini qəbul etməyib. O, qardaşının səhhətində ciddi problemlər olduğu üçün hazırda işləyə bilməyəcəyini klub prezidentinə bildirib.
Qeyd edək ki, "Beşiktaş"ı hazırda müvəqqəti olaraq Serdar Topraktepe çalışdırır.
saytlarin hazirlanmasi