"Trabzonspor" "Rostov"un müdafiəçisi Umar Sako ilə maraqlanır.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin baş məşqçisi Şenol Güneş şəxsən Sakonu sərəncamında görmək istəyir.
Amma 28 yaşlı futbolçunun keçidini həll etmək onlar üçün asan olmayacaq. Belə ki, “Brest” də Sakonu heyətinə qatmaqda maraqlıdır. Fil dişi sahilindən olan müdafiəçi 2024-cü il iyulun 1-də “Rostov”a keçib və 2027-ci il iyunun 30-na qədər Rusiya klubuna məxsusdur.
O, karyerası ərzində “Beroe”, “LASK Linz”, “Arda” kimi klublarda oynayıb.