Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisi "Mançester Yunayted"in futbolçusu Antonini icarəyə götürməyi planlaşdırır.
Artıq yunanlar braziliyalı futbolçu üçün Mançester klubuna rəsmi müraciət də edib.
Braziliyalı bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 31-də baş tutacaq və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi