Daha bir türk məşqçi Səudiyyə Ərəbistanında çalışa bilər

18:16 - 7 Yanvar 2025

Fatih Terimdən sonra daha bir türk məşqçi Səudiyyə Ərəbistanında çalışa bilər.

Sportal.az xəbər verir ki, İsmail Kartalın Asiya ölkəsində çalışmaq ehtimalı var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Əl-Taavun" 63 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Ərəblər İsmail Kartalla ilkin danışıqlar aparıb. Təcrübəli məşqçi klub rəsmilərindən düşünmək üçün vaxt istəyib.

İsmail Kartalın son iş yeri "Fənərbaxça" olub. İstanbul təmsilçisi onun rəhbərliyi altında Super Liqada 2023/2024 mövsümünü 99 xalla 2-ci pillədə baş verib. Türk məşqçi "Fənərbaxça"dan ayrıldıqdan sonra işsizdir.

Qeyd edək ki, Fatih Terim Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunun baş məşqçisidir.

Xəbər xətti