Azərbaycanlı futbol məşqçisi, "Sabah"ın sabiq çalışdırıcısı Ramin Quliyev Sportal.az saytına açıqlama verib.
O, yeni sezondan Misli Premyer Liqasında ləğv olunacağı gözlənilən legioner limiti haqda danışıb.
Quliyev bu limitin ləğv edilməsinin futbolumuza necə təsir edəcəyi ilə bağlı fikirlərini söyləyib:
"Legioner limitinin ləğvinin praktikasını biz bir dəfə görmüşük. Lakin elə də effektli olmamışdı. Büdcəsi yüksək olan klublar legionerlərə üstünlük verəcək. Büdcəsi az olanlar isə ortabab yerli oyunçular və aşağı səviyyəli legionerlər gətirəcək. Onsuz da futbolçu qıtlığından əziyyət çəkirik. Bu qərar birbaşa Azərbaycan milli komandamıza təsir edəcək. Çünki məncə, əksər komandalar legioner futbolçuya üstünlük verəcək. Yəqin ki, xatırlayırsız U-21 limitini. Həmin limiti yığışdırdılar. Ondan sonra U-21 yığmamıza birinci liqadan oyunçular dəvət edilirdi. Hər halda, həmin limit olanda komandalarda 4-5 gənc oyunçu məşq edirdi ki, bu da millimiz üçün 40-50 futbolçu namizədi deməkdir. İndi isə adam gənc futbolçu görəndə sevinir".
saytlarin hazirlanmasi