İtaliya millisinin sabiq üzvünü bu klub istəyir

12:18 - 8 Yanvar 2025

İtaliya milli komandasının sabiq üzvü Lorentso İnsinye ölkəsinə qayıda bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli futbolçuya "Montsa" maraq göstərir.

A seriyası təmsilçisi 33 yaşlı futbolçu üçün hərəkətə keçib.

İnsinye 2022-ci ildə "Napoli"ni "Toronto"ya dəyişib. O, MLS təmsilçisinin heyətində keçirdiyi 63 matçda 18 qol vurub və 13 asist edib. 

Lorentsonun "Toronto" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti