Almaniyanın "Dinamo"(Berlin) klubunun idman direktoru Anjelo Vier komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovun bu mövsümkü zəif çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, paytaxt klubunun rəsmisi milli komandamızın hücumçusunun durumu barədə belə danışıb:
"Rüfət mövsümöncəsi məşqdə zədələndi və yaxşı formada deyildi. Daha üst liqalara yüksəlmək üçün əldən verilmiş şans var idi. Keçən mövsüm bizim üçün böyük şans oldu. Sonra məşqçi dəyişikliyi oldu və iş onun üçün daha yaxşı getdi, bunu “Babelsberq”ə vurduğu iki qol (3:0) da göstərir. Mən onun keyfiyyətlərinə arxayınam və bilirəm ki, o, mövsümün ikinci yarısında qollarını vuracaq. Çünki bu işdə ona kömək edə biləcək oyunçularımız var".
saytlarin hazirlanmasi