Fransanın "Marsel" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Əl-İttihad"dan Luis Felipeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Marsel" Braziliya əsilli italiyalı futbolçu üçün onun klubuna təzminat ödəməyib. 27 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Əl-İttihad" Luis Felipeni 2023-cü ilin sentyabr ayında "Betis"dən transfer etmişdi. İtaliya millisininn sabiq üzvü cari mövsümdə Asiya təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi