"Mançester Yunayted" müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdı

17:53 - 5 Yanvar 2025

İngiltərənin "Mançester Yuneyted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Sportinq"də çıxış edən Qonsalu İnasiudur. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"də onun rəhbərliyi altında çıxış etmiş portuqaliyalı futbolçunu komandasında görmək istəyir. "Qırmızı şeytanlar" 23 yaşlı mərkəz müdafiəçisi üçün Portuqaliya klubuna 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Qinsalu İnasiu "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti