"Qalatasaray"ın istədiyi futbolçu Almaniya klubuna keçdi

18:56 - 6 Yanvar 2025

"Mançester Siti"nin müdafiəçisi İssa Kabore karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın da transfer siyahısında yer alan burkina fasolu futbolçunu "Verder" icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kabore mövsümün sonuna kimi "ağ-yaşıllar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, İssa Kabore mövsümün ilk yarısında icarə əsasında "Benfika"da çıxış edib. 23 yaşlı sağ cinah müdafiəçisi Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti