Türkiyə Super Liqasında 18-ci turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Fənərbaxça" doğma meydanda "Hatayspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 39-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Hatayspor" isə 18-ci yerdədir.
"Fənərbaxça" - "Hatayspor" 2:1
Qollar: Yussef En-Nesiri, 17, 45+5 - Bilal Butobba, 33