"Mançester Yunayted" kamerunlu vinger üçün 50 milyon avro ödəməyə hazırdı

17:08 - 7 Yanvar 2025

İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brentford"da çıxış edən Briyan Mbyomonu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" kamerunlu vinger üçün London klubuna 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Brentford" Brian Mbyomonu 2019-cu ilin avqust ayında Fransanın "Trua" klubundan transfer edib. Kamerun millisinin üzvü olan 25 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti