"Mançester Yunayted" "Parma"nın qapıçısı Zion Suzuki ilə maraqlanır.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yapon qolkiperi transfer etmək üçün 40 milyon avro ödəməli olacaq. Çünki italiyalılar transfer üçün bu qədər məbləğ tələb edir.
Suzukinin Mançesterə yollanıb-yollanmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
22 yaşlı qapıçının “Parma” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Yaponiya millisinin üzvü karyerası ərzində “Urava Red”, “Sent-Trüden” komandalarında oynadıqdan sonra yayda “Parma”ya keçmişdi.
saytlarin hazirlanmasi