"Beşiktaş" Uels millisinin üzvünü transfer etmək istəyir

14:14 - 18 Yanvar 2025

"Reyncers"in futbolçusu Tom Lourens karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" uelsli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Beşiktaş"ın yeni baş məşqçisi Ule Qunnar Sulşer rəhbərlikdən Lourensin transferini istəyib. "Qara qartallar" Şotlandiya klubu ilə 5 aylıq müqaviləsi qalan 31 yaşlı ön xətt oyunçusunun keçidini qısa müddətdə həll etməyə çalışacaq.

Qeyd edək ki, Tom Lourens 2022-ci ilin yayından "Reyncers"də çıxış edir. Uels millisinin üzvü bu mövsüm Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti