İngiltərənin "Mançester Siti" klubunun transfer üçün növbəti əsas hədəfi məlum olub.
Sportal.az xəbər verir ki, "Ayntraxt"dan Omar Marmuşun keçidini yekunlaşdırmaq üzrə olan "şəhərlilər" hücum xəttini daha bir oyunçu cəlb etməyə çalışacaq. Bu barədə "El Nacional" məlumat yayıb.
"Mançester Siti" "Barselona"da çıxış edən Rafinyanı transfer etmək istəyir. Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola braziliyalı vingerin oyununu bəyənir. O, rəhbərlikdən 28 yaşlı futbolçunun transferini tələb edib.
Bu keçid o qədər də asan görünmür. İspaniya nəhəngi komandanın əsas oyunçusuna çevrilmiş Rafinya üçün 100 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi