"Mançester Siti"nin sabiq futbolçusu özünə komanda tapdı

10:18 - 12 Fevral 2025

Fransa millisi və "Mançester Siti”nin sabiq müdafiəçisi Benjamin Mendi İsveçrədə oynayacaq. 

Sportal.az xəbər verir ki, fransız "Sürix"lə anlaşıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mendi 1,5 illik müqavilə imzalanıb. O, İsveçrə klubunun heyətində 3 nömrəli formada oynayacaq. 

30 yaşlı futbolçu "Monako", "Mançester Siti", "Loryen" komandalarında çıxış edib. 

Xəbər xətti