Çempionlar Liqasının finalı Avropadan fərqli qitədə baş tuta bilər.
Sportal.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, 2033-cü ildə Avropanın mötəbər turnirnin həlledici görüşü ABŞ-da keçirilmək ehtimalı yüksəkdir.
UEFA 2027-ci ildən etibarən klub yarışları üçün ABŞ-ın Relevent Sports şirkəti ilə yeni kommersiya hüquqları müqaviləsi bağlamağı planlaşdırır.
30 ildən artıqdır ki, UEFA Çempionlar Liqasının, o cümlədən turnirin himni və topun rənglərinin brendləşdirilməsinə cavabdeh olan “TEAM Marketing” ilə işləyir.
Məhz bu şirkətlərin təşəbbüsü ilə 2033-cü ildə ÇL-in finalının ABŞ-da təşkili planlaşdırılır.