Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın 21-ci turunun “Maqdeburq”la oyununda (4:3) meydana çıxmamasından narazı qalan komandanın azərbaycanlı futbolçusu Mahir Emreli ilə növbəti söhbətindən danışıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Mahirin vacib oyunçu olduğunu bildirib:
"Maqdeburq”la oyun günü Mahir üçün asan olmadı. Ona görə də onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Mahir Emrelinin mənə lazım olduğunu onun özünə dəfələrlə bildirmişəm. Bəzən qərarların onun əleyhinə deyil, başqasının xeyrinə verilməsini Mahirin anlaması vacindir".
Xatırladaq ki, Emrelinin “Nürnberq”i tərk edərək Cənubi Koreyaya yollanması ehtimalı yüksəkdir.