AFFA hava şəraiti ilə əlaqədar oyunları təxirə saldı

17:59 - 19 Fevral 2025

AFFA aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.

Sportal.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Oyunların hava şəraitinə görə təxirə salındığı bildirilib:

"Bütün zonalar üzrə 22/23.02.2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınır".

Xəbər xətti