Fatih Terim ən yaxşı seçildi

01:00 - 18 Mart 2025

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"ın çalışdırıcısı Fatih Terim bu ayın ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Sportal.az xəbər verir ki, bu ay 10 qol vuraraq 2 qələbə və 1 heç-heçə əldə edən "Əl-Şabab" Fatih Terimin ən yaxşı baş məşqçi seçilməsi haqqında sosial şəbəkədən paylaşım edərək: "Allah Kərim...Fatih Terim" - ifadəsini işlədib.

Qeyd edək ki, "Əl-Şabab" 25 turdan sonra 43 xalla 6-cı sırada yer alıb.

Xəbər xətti