Türkiyə milli komandasının heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Kaan Ayhan yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla ilk matçında (3:1) zədələnərək meydanı tərk edib.
Daha əvvəl "Fənərbaxça"nın futbolçusu müdafiəçisi Mert Müldür və "Qalatasaray"ın vingeri Yunus Akgün zədə səbəbindən "ay-ulduzlular"ın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə yığması sabah Bakı vaxtı ilə saat 21:00-da səfərdə Macarıstanla cavab görüşünə çıxacaq.
saytlarin hazirlanmasi