İtaliya A Seriyasında ən yaxşı baş məşqçi məlum oldu

22:04 - 24 Mart 2025

Simone İnzaqi 2023/24 mövsümündə A Seriyasının ən yaxşı baş məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Panchina d’oro ("Qızıl skamya") mükafatına layiq görülüb. Bu, A Seriyasının ən yaxşı məşqçisinə həmkarları tərəfindən verilən illik mükafatdır.

İnzaqi 26 səs toplayaraq birinci olub. "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini 14 səslə ikinci, "Bolonya"nın çalışdırıcısı Vinçentso İtalyano isə 4 səslə üçüncü yeri tutub.

Qeyd edək ki, ötən mövsümdə "İnter" İtaliya çempionu olub və ikinci yeri tutan "Milan"ı 19 xal fərqlə qabaqlayıb.

Xəbər xətti