Argentina milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində doğma meydanda Braziliyanı 4:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, son dünya çempionlarının yarımmüdafiəçisi Rodriqo De Paul matçdan sonra açıqlama verib. 30 yaşlı futbolçu dünyanın ən yaxşı milli komandası olduqlarını bildirib:
"Heç kimə hörmətsizlik etməmişik. Amma bu illər ərzində bizə çox hörmətsizliklər olub. Bizə heç kim kömək etməyib. Hər şeyi özümüz bacarmışıq. Bunu sübut etməyə davam edirik. 6 ildir dünyanın ən yaxşı milli komandasıyıq".
saytlarin hazirlanmasi