"Yuventus"a məxsus, lakin "Latsio"ya icarəyə verilmiş yarımmüdafiəçi Nikolo Rovella "Arsenal"ın maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, Turin və Roma klubları arasındakı müqavilədə 17 milyon avro məcburi satınalma maddəsi nəzərdə tutulub. Lakin "Latsio"nun prezidenti Klaudio Lotito 23 yaşlı italiyalı futbolçu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, bu mövsüm Rovella "Latsio"nun heyətində 34 oyuna çıxıb və 3 qol ötürməsi edib. "Transfermarkt" portalı 23 yarımmüdafiəçini 28 milyon avro dəyərində qiymətləndirir.
saytlarin hazirlanmasi