Elmar Baxşıyev: "Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük"

19:30 - 13 Aprel 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq.

- Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?

- Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.

- Qarşıda "Turan Tovuz" və "Qarabağ"la oyunlar var. Komandada gərginlik var?

- Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olsan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.

- Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?

- Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

- "Kəpəz" ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?

- Mən o fikirdə deyiləm. "Kəpəz" qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.

Elçin Əlixan

Xəbər xətti