İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Brügge"də çıxış edən Maksim de Kyoyperdir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" belçikalı sol cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq. Turin təmsilçisi 24 yaşlı futbolçu üçün Belçika klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Maksim de Kyoyper "Brügge"nin yetirməsidir. Belçika millisinin üzvü bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi